mobil versiya

Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb



Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 4-də və 5-də ümumi çəkisi 1,9 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, narkotik vasitələr – 1,5 kiloqramdan çox marixuana, 400 qrama yaxın metamfetamin, həmçinin 20 metadon həbi və 22 çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 6-05-2024, 11:13