mobil versiya

Son iki gündə 24,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb



Polis əməkdaşlarının aprelin 8-də və 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24,3 kiloqramdan çox marixuana, 190 qrama yaxın heroin, 60 qrama yaxın tiryək, 50 qramdan çox metamfetamin, 640 ədəd metadon həbi, 154 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 10-04-2023, 10:59