mobil versiya

“Qarabağ” 91-ci qolunu vurub




“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 91-ci qolunu vurub.
Ağdam klubu bu rəqəmə XXXIV turun “Zirə” ilə matçındakı 1:0 hesablı səfər qələbəsi ilə çatıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bununla da tarixinin rekordunu təkrarlayıb. “Qarabağ”ın ən çox qol vurduğu mövsüm ötən çempionat olub. Ağdamlılar 2022/23 mövsümündə 91 dəfə fərqləniblər. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir.
Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.(idman.biz)
KARUSEL / İDMAN
Tarix: 13-05-2024, 14:02