mobil versiya

Köç edən uşaqların sayı böyüklərin sayından beş dəfə sürətlə artır - BMT



Artıq ardıcıl beşinci ildir ki, miqrasiya edən uşaqların sayı rekord səviyyəyə çatır.
Bununla bağlı BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb. Fondun məlumatına görə, 2024-cü ilin ilk dörd ayında 30 mindən çox uşaq Kolumbiya və Panama arasındakı Darien uçurumunu keçərək miqrasiyaya cəhd edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.
Bildirilir ki, köç edən uşaqların sayı böyüklərin sayından beş dəfə sürətlə artır. Yanvar-aprel aylarında müşahidə olunan tendensiyalara və regional kontekstə əsaslanaraq, UNICEF ilin sonunadək bu rəqəmin 160 minə çatacağını proqnozlaşdırır.
Fond 2024-cü il üçün Panamadan köçən uşaqların və ailələrin təcili ehtiyaclarını ödəmək üçün 7,64 milyon dollar tələb edib. Hazırda maliyyə vəsaitinin yalnız 10 faizi təmin olunub.

KARUSEL / DÜNYA
Tarix: 16-05-2024, 12:00