Naxçıvanda kənd təsərrüfatı yönümlü layihələrin maliyyələşdirilməsinə 2,5 dəfə çox güzəştli kredit ayrılıb
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu 2024-cü ilin 3 ayı ərzində kənd təsərrüfatı yönümlü 8 layihəni maliyyələşdirib.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, layihələrin maliyyələşdirilməsinə 189 min manat vəsait sərf olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Cari ilin 3 ayı ərzində qaytarılan kreditlərin həcmi 1,7 milyon manat olub ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52 faiz çoxdur. 2024-cü ilin I rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox - 290,2 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib.(azərtac)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 9-04-2024, 10:15