mobil versiya

DSMF-də 95 minə yaxın vətəndaş müraciəti cavablandırılıb



Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 94 min 963 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, onlardan 85 min 285-i rəsmi məktub və telefon zəngi, 9 min 678-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.

KARUSEL / SOSİAL
Tarix: 22-05-2024, 14:32