Bakı və Riqa arasında birbaşa aviareyslər COP29-a görə noyabrın sonunadək davam edəcək

Bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya bildirib.
Onun sözlərinə görə, aviareyslər Latviyaya məsxus olan yük və sərnişin daşımalarında iştirak edən şirkəti “AirBaltic” həyata keçirəcək: “İlk aviareys Riqadan Bakıya olacaq".
Bu üçüşların mövsümi olduğuna baxmayaraq, bu il noyabrın sonuna qədər davam edəcək.
"AirBaltic” Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) sammiti zamanı da uçuşlar təklif edəcək. Düşünürəm ki, bu, noyabrda buraya gəlməyi planlaşdıran insanlar üçün çox əlverişlidir”, - E.Skuya bildirib.
Qeyd edək ki, Bakı-Riqa-Bakı marşrutu üzrə aviareyslər çərşənbə, cümə və bazar günləri səhər saat 06:00-da təşkil ediləcək.(report)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-05-2024, 14:47