"Bakı COP29 üçün düzgün seçilmiş bir məkandır" - Egils Levits
Bakı zəngin keçmişə malik şəhərdir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi üçün bu şəhər düzgün seçilmiş məkandır.
Bunu Latviyanın sabiq Prezidenti Egils Levits XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.
“İnanıram ki, bu mötəbər tədbir iqlim dəyişikləri ilə bağlı yeni müzakirələrə nəfəs gətirəcək və uğurla keçiriləcək”, - deyə Egils Levits vurğulayıb.
KARUSEL / SİYASƏT
Tarix: 14-03-2024, 14:37