mobil versiya

BDYPİ-dən yük avtomobillərinin sürücülərinə çağırış



Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yük avtomobillərinin sürücülərinə çağırış ünvanlayıb.

Müraciətdə deyilir:.
Son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir.
Ağırlıq dərəcəsi yüksək olan bu növ qəzaların qarşısının alınması məqsədilə yük avtomobillərinin sürücülərinə əməl edilməsi həyati əhəmiyyət kəsb edən bir sıra tövsiyələri yenidən xatırladılıb. İlk növbədə sürücülərdən:
- yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri;
- ara məsafəsini düzgün seçmələri;
- ötmə və manevretmə qaydalarına qeyd-şərtsiz əməl etmələri;
- yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri;
- nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmələri;
- iş və istirahət rejiminə əməl etmələri, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmələri;
- sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri;
- hərəkət zamanı hava və yol şəraitini nəzərə almaları tələb olunur.
BDYPİ sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etməyə, digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:19