mobil versiya

İlk fədə I “Cücələrim” Uşaq Festivalı keçiriləcək



Mayın 30, 31-də və iyunun 1-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə Qəmbər Hüseynli adına I “Cücələrim” Uşaq Festivalı keçiriləcək.
Filarmoniyadan bildirilib ki, Gəncə-Daşkəsən Regional Mədəniyyət və Təhsil idarələrinin təşkilatçılığı ilə keçiriləcək festivalın əsas məqsədi uşaqların musiqi dünyasının zənginləşdirilməsi, uşaq mahnılarını təbliğ etməkdir.
Festival çərçivəsində uşaq mahnılarından ibarət konsert proqramları, uşaq xorlarının çıxışı, əl işlərindən ibarət sərgi təşkil olunacaq.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncə şəhərində uşaqların musiqi paradı keçiriləcək.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 29-05-2024, 16:03