mobil versiya

Pakistan XİN başçısı: Azərbaycanın sülh prosesindəki səylərini yüksək qiymətləndiririk


Pakistan Azərbaycanın sülh prosesindəki səylərini yüksək qiymətləndirir.
Bunu Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ikitərəfli görüşlərin yekununa həsr edilən birgə mətbuat konfransında deyib.
Pakistan XİN başçısı Azərbaycanın Cammu və Kəşmir məsələsindəki mövqeyinə də toxunub:
"Biz gələcəkdə İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birimizi dəstəkləməyə davam edəcəyik. Biz Azərbaycanı Cammu və Kəşmir mübahisəsi ilə bağlı ardıcıl və prinsipial mövqeyini də yüksək qiymətləndiririk. Kəşmir üzrə təmas qrupunun dəyərli üzvü kimi Azərbaycanın mövqeyi beynəlxalq səviyyədə tanınmış suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanır".(report)
KARUSEL / SİYASƏT
Tarix: 30-05-2024, 12:41