mobil versiya

Satirik şair Mirzə Ələkbər Sabirin bu gün anadan olan günüdür




Mirzə Ələkbər Sabir (Ələkbər Tahirzadə) 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. 
“Molla Nəsrəddin” jurnalında 36 gizli imza ilə çıxış edib. “Zənbur” jurnalında, “Günəş” və “Həqiqət” qəzetlərində işləyib. Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqədardır. O, 10-11 yaşlarında “Tutdum orucu irəmazanda” şeirini yazıb.  “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin”, uşaqlar üçün “Gəl, gəl, a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və s. kimi şeirlərin müəllifidir. Mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır. Şairin Şamaxıda açdığı “Ümid” adlı ibtidai məktəbdə təxminən 60 şagird ana dili və şəriət dərsləri ilə yanaşı hesab, coğrafiya, təbiət, nəğmə kimi dünyəvi fənləri də öyrənmək imkanı qazanıb.
Böyük şair 1911-ci ildə vəfat edib.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 30-05-2024, 15:06