mobil versiya

Naxçıvan Muxtar Respublikasına yeni təhsil və səhiyyə nazirləri təyin edilib


Naxçıvan Muxtar Respublikasına yeni təhsil və səhiyyə nazirləri  təyin edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb.

Qərara əsasən, Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təsdiq edilib. E.Nəcəfov buna qədər Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.
Naxçıvan Ali Məclisinin sədr müavini Anar İbrahimovun imzaladığı digər qərara səhiyyə naziri bu vəzifəni müvəqqəti icra edən Samiq Asəf oğlu Sadıxov səhiyyə naziri təyin olunub.


KARUSEL / ÖLKƏ
Tarix: 31-05-2024, 12:18