mobil versiya

108 mindən çox uşaq birinci sinfə müsabiqəsiz qəbul edilib



Bu günə qədər mektebeqebul.edu.az elektron sistemi vasitəsilə 108 mindən çox uşaq müsabiqəsiz artıq birinci sinfə qəbul edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 2024-2025-ci tədris ilində 132 min uşağın birinci sinfə qəbulu nəzərdə tutulur.
Xatırladaq ki, mayın 1-dən start verilən I sinfə elektron qəbul prosesi davam edir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-06-2024, 17:47