Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Özbəkistana rəsmi səfəri davam edir
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Özbəkistan Respublikasına rəsmi səfəri davam edir.
Səfər çərçivəsində Daşkənd şəhərindəki “Qələbə parkı” abidə kompleksi ziyarət olunub, “İlhaq” abidəsinin önünə əklil qoyularaq ehtiram nümayiş etdirilib.
Azərbaycan nümayəndə heyəti “Çimqan" Dağ hazırlığı üzrə təlim-tədris mərkəzinə gələrək buranın infrastrukturu və tədris-maddi bazası ilə tanış olub.
Daha sonra Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Akademiyası ziyarət olunub. General-polkovnik K.Vəliyev akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Azərbaycan nümayəndə heyətinə akademiyanın fəaliyyəti barədə ətraflı məlumat verildikdən sonra qonaqlar burada yaradılan şəraitlə tanış olublar.
KARUSEL / CƏMİYYƏT
Tarix: 6-06-2024, 13:46