Azərbaycan Ordusunun Baş Qərargah rəisi Şuşada hərbçilərlə görüşüb
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissələri, o cümlədən Komando hərbi hissəsini ziyarət edib, həmçinin Şuşada xidmət edən hərbi qulluqçularla görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik K.Vəliyev hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması barədə tapşırıqlar verib.
Qeyd edək ki, general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə olublar.
KARUSEL / ÖLKƏ
Tarix: 29-12-2022, 12:35