mobil versiya

Zakir Həsənov azad olunan ərazilərə gedib, bölmələrə yeni tapşırıqlar verib




Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) bölmələrindən birində olub.


Bu barədə REPORTYOR.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan müdafiə naziri ərazidə döyüş növbətçiliyi aparan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinə baxış keçirib.

Müdafiə naziri döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın daha etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.
SON XƏBƏR / KARUSEL
Tarix: 14-05-2021, 11:16