mobil versiya

Qarabağ Universiteti müəllim vəzifəsinə işə qəbul elan edir



Qarabağ Universitetində Azərbaycan dili, tarix, riyaziyyat, data analitikası, iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
Vakansiya üzrə müraciət iyunun 25-dək qəbul olunacaq. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər.

KARUSEL / CƏMİYYƏT
Tarix: 11-06-2024, 15:21