mobil versiya

Bakıda 175 bağçada monitorinq aparılıb



2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.
İdarədən bildirilib ki, monitorinqlərin keçirilməsində əsas məqsəd rəhbərlik və nəzarətin yerinə yetirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu, davamiyyəti, qidalanması, tərbiyə prosesinin təşkili vəziyyətinin öyrənilməsi, həmçinin tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və icra intizamının, təchizat, təsərrüfat fəaliyyətinin real vəziyyətinin təhlil edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.
Monitorinq aparılan məktəbəqədər təhsil müəssisələrinə fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq təkliflər verilib, nəticəyönlü idarəetmə modelini formalaşdırmaq üçün analitik hesabatlar hazırlanıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 12-06-2024, 11:44