mobil versiya

Yevlaxda bank kartından pul oğurlayan şəxs saxlanılıb



Yevlaxda bank kartından pul oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə vətəndaşa məxsus kart hesabından 905 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şahmar Nərimanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


KARUSEL / HADİSƏ
Tarix: 12-06-2024, 13:32