Latviyanın Baş prokuroru Azərbaycana gəlib
Azərbaycan Latviya ilə korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və digər sahələrdə törədilmiş cinayət işləri üzrə hüquqi yardım və aktivlərin bərpası haqqında sorğuların icrası, həmçinin qurumlararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaxın gələcəkdə Anlaşma Memorandumunun imzalanmasını müzakirə edib.
Bu barədə Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviyanın Baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri zamanı məlumat verilib.
Bildirilib ki, tərəflər Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalar və təşkilatlar, o cümlədən Avrocast və Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsində cinayətkarlığa qarşı mübarizədə hüquq mühafizə orqanları arasında əməkdaşlığın müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.
KARUSEL / CƏMİYYƏT

Tarix: 12-06-2024, 18:29