mobil versiya

Həcc ziyarəti zamanı vəfat edənlərin sayı 1000-ə çatır




İslam aləminin mərkəzi hesab olunan Səudiyyə Ərəbistanında Həcc ziyaərti zamanı yüksək temperatur səbəbindən vəfat edənlərin sayı 922 nəfərə çatıb.
Bu barədə xarici KİV-lər ərəb mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Məkkə şəhərində havanın temperaturu müsbət 51,8 dərəcəyə yüksəlib.Qeyd olunur ki, dünyasını dəyişənlərdən 600-ü Misir vətəndaşıdır. Həmçinin vəfat edənlər arasında İordaniya, İndoneziya, İran, Seneqal, Tunis və İraq vətəndaşlarının da oluğu bildirilir.
Qeyd edək ki, bu il Həcc ziyarətində 1,8 milyon insan iştirak edir. (AzPolitika.info)

KARUSEL / DÜNYA
Tarix: 20-06-2024, 11:51