mobil versiya

DİM rəhbəri: İmtahanın çətinlik dərəcəsini müəyyən etmək üçün kiminsə fikrinə görə qərar vermək düzgün deyil



İmtahanın çətinlik dərəcəsini müəyyən etmək üçün kiminsə fikrinə görə qərar vermək düzgün deyil.
Bunu jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, qəbul imtahanlarının modeli tədris ilinin əvvəlində “Abituriyent” jurnalında çap olunub: “Maraqlanan hər bir şəxs onu imtahanda təqdim olunan modellə müqayisə edə bilər. Fevral ayında sınaq imtahanı keçirildi. O suallar da açıq formada nəşr olunub və kim istəsə müqayisəli təhlil apara bilər. Statistika da gözlədiyimiz nəticəni göstərdi. Bu statistika imtahanda iştirak edən şəxslərin nəticəsi əsasında ölçülür. Bu statistikanı ictimaiyyətə təqdim edirik və onun nəticəsində gözlədiyimiz cavabları görürük”.

KARUSEL / CƏMİYYƏT
Tarix: 24-06-2024, 11:16