Buraxılış imtahanlarının vaxtı artırılacaq? - DİM-dən açıqlama
Dövlət İmtahan Mərkəzi açıq suallara görə, növbəti illərdə buraxılış imtahanlarının vaxtının artırılıb artırılmayacağına aydınlıq gətirib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, imtahanlarının müddəti standartlara uyğun müəyyən edilib:
"Elə suallar var ki, orta hesabla onlara 1-2 dəqiqə vaxt lazımdır. Təbii ki, açıq suallar daha çox vaxt aparır. Lakin elə qapalı suallar var ki, orada heç bir dəqiqə belə tələb olunmur, həmin sualı 1 saniyədə cavablandırmaq mümkündür. Məsələn, sual olunur ki, qonşu bucaqlar hansılardır? Bu suala baxan kimi cavab vermək olar. Burda hesablama aparmaq tələb olunmur. Bu halda həmin suala ayrılan vaxt digər suallara sərf oluna bilər".
DİM sədri qeyd edib ki, şagirdlərin biliyini daha dərindən qiymətləndirmək üçün buraxılış imtahanlarını iki mərhələdə keçirmək olar:"Lakin hazırda buna ehtiyac yoxdur. Hazırkı modellə biz uşaqların bilik səviyyələrini qiymətləndirə bilirik. Növbəti mərhələ qəbul imtahanları mərhələsidir. Buraxılış imtahanlarının sualları necə standartlara uyğun hazırlanmışdısa, qəbul imtahanları da bu şəkildə təşkil olunacaq" - deyə o bildirib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-05-2023, 13:58