HƏMAS liderinin bacısı həlak olub
HƏMAS hərəkatı Siyasi Büronun rəhbəri İsmayıl Haniyənin bacısının Qəzza zolağında ölməsi ilə bağlı məlumatı təsdiqləyib.
TASS xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın rəsmi Telegram kanalında dərc olunub.
“Əl-Şati qaçqın düşərgəsində Haniyə ailəsinin evinə zərbələr endirilib, HƏMAS lideri İsmayıl Haniyənin bacısı da daxil olmaqla 10 mülki sakin həlak olub", - məlumatda deyilir.
Qəzza Səhiyyə Nazirliyi işğalçı İsrail hərbçilərinin gün ərzində keçirdiyi əməliyyatlar nəticəsində həlak olanlarla bağlı hələlik dəqiq məlumat verməyib.
Qeyd edək ki, çərşənbə axşamı səhər “Əl-Ərəbiyyə” telekanalı Haniyyənin bacısının anklavda öldüyü barədə məlumat yayıb. Bildirilib ki, Əl-Şatidə Haniyyənin evinin atəşə tutulması nəticəsində 13 nəfər həlak olub.
Xatırladaq ki, aprelin 10-da işğalçıl ordunun Qəzzanın şimalındakı qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində Haniyyənin üç oğlu və dörd nəvəsi həlak olub.(AzPolitika.info)
KARUSEL / DÜNYA
Tarix: 25-06-2024, 15:36