mobil versiya

Keniyada parlament binasına hücumda 3 nəfər ölüb, Obamanın bacısı yaralanıb



ABŞ-nin keçmiş prezidenti Barak Obamanın bacısı Keniyada keçirilən etiraz aksiyaları zamanı gözyaşardıcı qazın tətbiq olunması zamanı xəsarət alıb.
Bu barədə onun özü CNN telekanalında məlumat verib.
“Onlar bizə qarşı gözyaşardıcı qazdan istifadə etdilər. Yanımızda ancaq bayraqlar və bannerlər var idi. Bu gənclərin başqa heç nələri yoxdur. Onlara qarşı gözyaşardıcı qazdan necə istifadə edə bilərlər?”, - o bildirib.
Qeyd edək ki, Keniyada parlament binasına girmək istəyən üç etirazçı polis tərəfindən güllələnib.
Etirazçılar polis avtomobilini yandırıblar. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Məlumata görə, etirazlara səbəb vergi artımıdır.
Bildirilib ki, zərərçəkənlərin sayı azı 200 nəfərdir.(report)

KARUSEL / DÜNYA
Tarix: 25-06-2024, 17:18