mobil versiya

Hindistanda baş verən toqquşmalarda ölən və yaralananlar var



Hindistanın şimalındakı Uttarxand ştatının Haldvani şəhərində mədrəsə və məscidin sökülməsi ilə bağlı yerli sakinlər ilə polis arasında toqquşma nəticəsində 4 nəfər ölüb, 250-dən çox insan yaralanıb.
TASS xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
“Baş verən hadisə nəticəsində 4 nəfər həlak olub, 100-dən çox polis yaralanıb”, - polis sözçüsü bildirib.
Bildirilib ki, toqquşmalarda yerli administrasiya nümayəndələri və jurnalistlər də daxil olmaqla 150-dən çox iştirakçı yaralanıb.
Qeyd edilib ki, hadisə yerinə cəlb olunan əlavə qüvvələr gözyaşardıcı qazdan istifadə ediblər.(report)

KARUSEL / DÜNYA
Tarix: 9-02-2024, 10:57