Hindistanda dini zəmində toqquşma zamanı dörd nəfər ölüb

Hadisə iyulun 31-də Nuh rayonunda hindli qruplarının müsəlmanların yaşadığı ərazidən keçərək məbədə doğru yürüşü zamanı baş verib. Dini qruplaşma Hindistanın Baş naziri Narendra Modinin hakim “Bharatiya Janata” partiyasına yaxınlığı ilə tanınır.
Üç saat davam edən toqquşma zamanı hindli zəvvarlar müsəlmanları daşa basıb, avtomobilləri və məscidləri yandırıblar. Hazırda Nuh rayonunda komendant saatı tətbiq edilib.(azərtac)
KARUSEL / DÜNYA
Tarix: 1-08-2023, 15:52