mobil versiya

Əliməmməd Nuriyev seçkilərə qatıldı – Musa Qasımlı namizəd olmayacaq?



"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev parlament seçkilərinə qatılacaq.
Ə.Nuriyev namizdəliyini 75 saylı Yardımlı-Masallı seçki dairəsindən verib.
Ə.Nuriyev xəbəri "Bakupost.az"a təsdiqləyib. Bildirib ki, sənədlərini Dairə Seçki Komissiyasına təqdim edib.
Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsini Milli Məclisdə tarixçi alim Musa Qasımlı təmsil edirdi.
Görünür, bu dəfə o, namizəd olmayacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib. (AzPolitika.info)


KARUSEL / CƏMİYYƏT
Tarix: 11-07-2024, 10:37