mobil versiya

Türkiyədən Bolqarıstana qanunsuz keçmək istəyən 58 miqrant saxlanılıb, 7 nəfər yaralanıb


Türkiyənin Kırlareli şəhərində qanunsuz miqrantların Bolqarıstana keçmələrinin qarşısı alınıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, polisin “dayan” əmrinə tabe olmayan sürücü manevr edib. Bu əsnada miqrantlardan 7-si yük maşınından yerə tullanaraq yaralanıblar.
Keçirilən əməliyyat nəticəsində ümumilikdə 58 nəfər saxlanılıb.
Xəsarət alanlardan ikisinin həyatı üçün təhlükəsinin olduğu bildirilir.(report)


KARUSEL / DÜNYA
Tarix: 11-07-2024, 12:48