mobil versiya

Azad edilmiş ərazilərdə daha 147 mina aşkarlanıb



İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (08.07.2024 - 14.07.2024) açıqlanıb.
Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 79 piyada əleyhinə mina, 68 tank əleyhinə mina, 397 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1284,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

KARUSEL / ÖLKƏ
Tarix: 15-07-2024, 16:02