mobil versiya

Mərakeşin Tanjir MED Limanı 7 il ardıcıl olaraq Afrikada 1-ci yerini qoruyub saxlaya bilib



7 il ardıcıl olaraq Afrikada 1-ci, 4 il ardıcıl olaraq Aralıq dənizində 1-ci yerdə, dünya miqyasında konteyner daşıma limanı olaraq 500 yerdən 19-cu yerdə qərarlaşan Mərakeşin Tanjir MED Limanının ümumi sərmayəsi 12 milyard dollar əhatə edir, gəliri 16 milyard dollardı.
Bunu Tanjir MED Limanının səlahiyyətlisi Kamal Lakhmas Azərbaycan mediasına açıqlamasında deyib.
Bildirib ki, limanın yerləşmə nöqtəsi ordan keçən gəmilərin vaxtlarına və maliyyəsinə qənaət etməsinə kömək edir, vaxt itkisinə ehtiyac qalmır. 
Limanda 115 min insan çalışır. Liman 9 milyon konteyner daşıma qabiliyyətinə malik, 7 milyon sərnişin, 700 min yük maşını və 1 milyon nəqliyyat vasitəsinin ixracını həyata keçirən dünyanın ən böyük sənaye limanlarından biridir, 1100 şirkət üçün sənaye platformasından ibarətdir. Avtomobil, aviasiya, qida emalı, logistika və tekstil kimi müxtəlif sektorlarda fəaliyyət göstərir. 
Tanjir MED Limanı kral VI Məhəmmədin göstərişi ilə 2003-cü il fevralında yaradılıb. Tanjierdən 45 km şimal-şərqdə və İspaniyanın Tarifa şəhəri ilə üzbəüz Cəbəllütariq (Gibraltar) boğazında yerləşir. Liman üçün ən əlverişli yer, Mərakeşdən Avropaya ən yaxın nöqtədir. 70 ölkədə 180-dən çox limana qoşulmaqla Asiya, Avropa və Şimali Amerika arasında qlobal Şərq-Qərb dəniz ticarət marşrutu üzərindədir.
KARUSEL / DÜNYA
Tarix: 17-07-2024, 11:29