mobil versiya

Dövlət Duması miqrantların hüquqlarını kəskin məhdudlaşdırır



İyulun 23-də Dövlət Duması Rusiyada miqrantlara nəzarəti sərtləşdirən qanun layihələri paketini qəbul edib.
Azadlıq radiosu xəbər verir ki,  polisə əcnəbiləri ölkədən çıxarmaq qərarı vermək icazəsi verilib. Miqrantlar üçün onların hüquqlarını kəskin məhdudlaşdıran xüsusi "deportasiyal rejimi" tətbiq olunur.
Yaşayış izni, yaxud viza olmadan ölkədə qalma müddəti 180 gündən 90 günə salınıb.
Bu qanun layihələri qəbul olunanadək ölkədən çıxarılma barədə yalnız məhkəmələr və sərhəd xidməti qərar verə bilərdi. Rusiyada hüquqi əsaslar olmadan qalan, yaxud cinayətlər törətməkdə təqsirləndirilən əcnəbilər üçün xüsusi hüquqi rejim tətbiq olunur.
"Deportasiya rejimi"ndə olan əcnəbilərin bank hesabları və biznes açması, avtomobil idarə etməsi, nikah bağlaması, digər regiona köçməsi qadağan olunacaq.
Polis onların yaşayış yerinə ordersiz gedə bilər.
Məhkəmənin sanksiyası olmadan onları texniki nəzarət qurğuları vasitəsilə izləməyə icazə verilir. Polis əməkdaşları bu şəxslər barəsində hətta kommersiya sirri sayılan informasiyanı, bank, vergi məlumatlarını istəyə bilər. Hüquq müdafiəçilərinin fikrincə, bu rejim miqrantları Rusiya ərazisində hüquqsuz edəcək. Qanun layihələri Dövlət Dumasına "Crocus City Hall" mərkəzinə hücumdan sonra təqdim olunub. Həmin hücumda 145 nəfər həlak olub, azı 500 nəfər yaralanıb.
Hadisəyə görə Orta Asiya ölkələrindən bir neçə nəfər ittiham olunur.
Bu hücumun ardınca Rusiyada hakimiyyətin miqrantlara qarşı ritorikası kəskin dəyişib. Orta Asiya ölkələri vətəndaşlarına Rusiyaya getməmək tövsiyə olunur.
Dumanın spikeri Vyaçeslav Volodin deyib ki, hazırda deputatlar 25 miqrasiya layihəsinə baxır.
KARUSEL / DÜNYA
Tarix: 24-07-2024, 14:01