mobil versiya

İçərişəhərdə “Şirvanşahların səsi” konsert proqramı təqdim olunub



Mədəniyyət Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan “Şirvanşahların səsi” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib.
Layihənin məqsədi Azərbaycan musiqisini qədim şəhərimizin yerli və xarici ziyarətçilərinə təbliğ etməkdir.
Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Azərbaycanın Əməkdar müəllimi Təranə Yusifovanın rəhbərliyi ilə konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 25-07-2024, 13:57