Keçmiş məcburi köçkünlər Laçın şəhərinə yola salınıb
Respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 18 ailə (60 nəfər) - keçmiş məcburi köçkünlər Laçın şəhərinə yola düşüblər.
İindiyədək Laçın şəhərində 552 ailənin, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.