mobil versiya

Bu gündən MİQ müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır


İyulun 31-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi başlayacaq.
Təhsil İnstitutundan verilən məlumata görə, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər avqustun 5-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Namizədlər seçdikləri vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdikləri halda, onların növbəti vakansiya mərhələsində iştirakı məhdudlaşdırılacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 31-07-2024, 08:41