“İsrailə hücum olarsa, ABŞ onu müdafiə edəcək”
İsrailə hücum ediləcəyi təqdirdə ABŞ onu müdafiə edəcək.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Həmişə açıq şəkildə bəyan etmişik ki, biz İsraili terrordan, hücumdan müdafiə edəcəyik. Bölgədəki bütün tərəfləri gərginliyi azaltmaq üçün əllərindən gələni etməyə çağırırıq”, – o bildirib.
Miller əlavə edib ki, ABŞ Yaxın Şərqdəki şəxsi heyətini və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcək: “Biz regionda maraqlarımızı qoruyacağıq və şəxsi heyətimizi təhdid edənlərə cavab verəcəyik”.
KARUSEL / DÜNYA
Tarix: 7-08-2024, 07:11