Sabahdan seçkiqabağı təşviqata start verilir
Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqata start verilir.
Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınan namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilən şəxsləri, namizədi qeydə alınan siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilən şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Beləliklə, sentyabrın 1-nə təyin olunan Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat 08:00-da dayandırılır.
KARUSEL / SİYASƏT
Tarix: 8-08-2024, 09:33