mobil versiya

UEFA Superkubokunda yeni rekord qeydə alınıb



UEFA Superkubokunda yeni rekord qeydə alınıb.
Dani Karvaxal və Luka Modriç 5-ci dəfə bu titula yiyələnib.
“Real”ın futbolçuları Superkubokda ən çox qalib olan oyunçu adına sahib çıxıb. Modriçlə Karvaxal 2014, 2016, 2017, 2022 və 2024-cü illərdə bu titulu qazanıb.
Onlar hərəyə 4 Superkuboku olan beş futbolçunu arxada qoyub. Bunlar Ari Haan, Paolo Maldini, Dani Alves, Toni Kroos və Kərim Benzemadır.
Qeyd edək ki, “Real” dünən keçirilən Superkubok oyununda “Atalanta”ya 2:0 hesabı ilə qalib gəlib.

KARUSEL / İDMAN
Tarix: 15-08-2024, 10:41