mobil versiya

İranın cavabı “müəyyən, hesablanmış və dəqiq” olacaq” - xarici işlər naziri




“İran Yaxın Şərqdəki gərginliyi artırmağa çalışmır və bundan qorxmur.  HƏMAS liderinin Tehranda öldürülməsinə verəcəyi cavab “müəyyən, hesablanmış və dəqiq” olacaq”.
“Arab News” xəbər verir ki, bunu İranın  xarici işlər naziri Abbas Araqçi italiyalı həmkarı Antonio Tajaniyə telefon danışığında deyib. 
İran iyulun 31-də HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsində İsraili günahlandırır, Araqçi İranın dövlət mediasına istinadən bunu “İranın təhlükəsizliyi və suverenliyinin bağışlanmaz pozuntusu” adlandırıb.
İsrail Haniyənin İran paytaxtında ölümünə görə məsuliyyəti nə öz üzərinə götürür, nə də təkzib edir.
KARUSEL / DÜNYA
Tarix: 26-08-2024, 15:51