mobil versiya

Haniyənin öldürülməsində hava-yer raketindən istifadə olunduğu bildirilir



İranın yarı rəsmi Fars Xəbər Agentliyinin yaydığı məlumata görə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı ilkin araşdırmalar onu göstərir ki, sui-qəsd havadan yerə atılan raketlə həyata keçirilib.
İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan Fars Xəbər Agentliyi İranda rəsmi qonaq olaraq öz iqamətgahında qətlə yetirilən HƏMAS lideri Haniyənin öldürülməsi ilə bağlı ilkin araşdırmaların nəticələrini paylaşıb.

Məlumatda Tehranın şimalında Haniyənin qonaq olaraq qaldığı evin dördüncü mərtəbəsinə hava-yer raketi atıldığı, partlayış nəticəsində Haniyənin olduğu otağın pəncərələri və tavanının dağıntıya məruz qaldığı bildirilir.
Qeyd edək ki, “New York Times“ qəzeti sui-qəsdin aylar əvvəl həmin evə gizli şəkildə qoyulan bombanın partladılması nəticəsində baş verdiyini yazmışdı.(apa)

KARUSEL / DÜNYA
Tarix: 2-08-2024, 10:16