Haniyənin qətlə yetirildiyi iqamətgahın görüntüləri yayılıb
Ötən gün İranın paytaxtı Tehran şəhərində qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyənin hücuma məruz qaldığı iqamətgahın görüntüləri yayılıb.
Bu barədə ABŞ-nin “New York Times” nəşri məlumat yayıb.
Məlumata görə, hücum zamanı Haniyə Tehranın şimalındakı Zəfəraniyyə rayonuna dağlıq bir bölgədə SEPAH veteranları üçün nəzərdə tutulan 6 mərtəbəli iqamətgahda olub.
Paylaşılan fotoda binanın bir küncünün zədələndiyi və yaşıl parça ilə örtüldüyünü görmək mümkündür.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 1-08-2024, 15:50