mobil versiya

Zabrat və Pirşağı qəsəbələrində Azər Allahverənov seçicilərdən böyük dəstək aldı (FOTOLAR)



1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizəd Azər Allahverənov seçicilərlə görüşlərini davam etdirir.

Namizədin seçki qərargahından “Reportyor.az ”a verilən məlumata görə, A.Allahverənovun Zabrat və Pirşağı qəsəbələrinin seçiciləri ilə görüşlərində seçki dairəsinin ərazisinə daxil olan qəsəbələrdə təhsil, səhiyyə, məşğulluq, ətraf mühitin qorunması və digər sahələrdə həyata keçirmək niyyətində olduğu gələcək planlarından söz açıb.
Zabratda tədbiri giriş sözü ilə açan Sabunçu rayonun nüfuzulu ziyalılarından olan İlham Mustafayev Azər Allahverənovun tərcümeyi-halına nəzər salıb, şəxsən uzun müddətdir tanıdığını və Milli Məclisə seçiləcəyi təqdirdə bu missiyanı layiqincə yerinə yetirəcəyini, hər zaman seçicilərin arasında olacağına əminliyini bildirib.


Son illər Azərbaycanda siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə həyata keçirilən dərin islahatlar, işğaldan azad olunmuş ərazilərdə icra olunan genişmiqyaslı bərpa-quruculuq işləri barədə danışan Azər Allahverənov isə bu sahələrdə əldə olunan nəticələrin ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına və geniş mənada ölkədə davamlı inkişafın təmin olunmasına səbəb olduğunu qeyd edib. Seçkiqabağı platformasının ayrı-ayrı aspektlərinin həmin nəticələrin əldə olunması ilə əlaqəli olduğunu vurğulayan Azər Allahverənov, Zabrat qəsəbəsinin seçicilərinin ona etimad göstərdiyi təqdirdə məhz həmin sahələrdə nəticələrin əldə olunması istiqamətində fəaliyyət göstərəcəyini bildirib. Eyni zamanda o, seçki dairəsinin ərazisinə daxil olan qəsəbələrdə təhsil, səhiyyə, məşğulluq, ətraf mühitin qorunması və digər sahələrdə həyata keçirmək niyyətində olduğu gələcək planlar barədə danışıb. 


Çıxış edən Zabrat qəsəbəsinin sakinləri Elxan Mirzəyev, Xanlar İsmayılov, Sevil Həsənova, Mehriban Əzizova, Tamara Əliyeva və digərləri qəsəbənin gündəlik həyatında üzləşdikləri çətinliklər barədə danışıblar, həlli vacib olan məsələlər barədə fikirlər irəli sürüblər. Çıxışçılar Azər Allahverənova inandıqlarını və qarşıdan gələn parlament seçkilərində məhz ona etimad göstərəcəklərini bildiriblər. Sonda Azər Allahverənov görüş iştirakçılarının suallarını ətraflı cavablandırıb və görüşdə qaldırılan məsələlərin aidiyyəti üzrə təqdim edəcəyini vurğulayıb.
Pirşağı sakinləri ilə görüş əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunması ilə başlayıb. Tədbiri giriş sözü ilə açan qəsəbə ağsaqqalı Nadir Pirverdiyev namizədi seçicilərə təqdim edib. Özü barədə danışan Azər Allahverənov həyat yoluna qısa nəzər salıb və müxtəlif dövrlərdə həyata keçirdiyi fəaliyyətlər haqqında danışıb. Qeyd olunub ki, bir çox sahələrdə əldə olunan zəngin təcrübə gələcək fəaliyyətlərdə seçki dairəsinin ərazisində yaşayan əhalinin rifahının yaxşılaşdırılmasına sərf ediləcək.
“İnjuria” jurnalının redaksiya şurasının üzvü, vəkil Hikmət Babayev Azərbaycan xalqının həmrəy, hər an milli maraqlar naminə birləşmək iqtidarında olduğunu vurğulayıb və bu həmrəyliyin eyni zamanda qarşıdan gələn parlament seçkilərində büruzə verəcəyinə, layiqli namizədə səs verəcəyinə əmin olduğunu qeyd edib. Çıxış edən Pirşağı qəsəbəsinin sakinləri bildiriblər ki, xalqın içində olan namizədi hər zaman dəstəkləməyə hazırdırlar və bu səbəbdən qarşıdan gələn parlament seçkilərində öz səslərini Azər Allahverənova verəcəklərini xüsusilə bildiriblər. Sonda namizəd görüş iştirakçılarının suallarını ətraflı cavablandırıb.


KARUSEL / CƏMİYYƏT
Tarix: 28-08-2024, 18:35