TikTok 10 yaşlı qızın ölümünə görə məhkəməyə verilib
ABŞ Apellyasiya Məhkəməsi populyar Blackout Challenge oyunundan sonra həyatını itirmiş 10 yaşlı qızın anasının şikayəti üzrə işə baxılmasını bərpa edib.
Reuters xəbər verir ki, ABŞ federal qanunu adətən şirkətləri istifadəçi kontenti ilə bağlı belə iddialardan müdafiə edir.
Bununla belə bundan əvvəl apelyasiya məhkəməsinin hökmündə deyilirdi ki, ana alqoritmin verdiyi tövsiyəyə görə TikTok platformasını məhkəməyə verə bilər. Məhkəmənin rəyinə görə qanun istifadəçi kontentini müdafiə edir, amma TikTok platformasının alqoritmlər vasitəsilə verdiyi tövsiyələri müdafiə etmir.
ABŞ Ali Məhkəməsi bildirib ki, platformanın alqoritmi kənar kontentin necə kompilyasiya edilməsinə dair redaksiya qərarlarını əks etdirir. TikTok nümayəndələri hələ ki, bu xəbəri şərh etməyiblər. Blackout Challenge 2021-ci ildən TikTok platformasının populyar trendi olub.
Söhbət “boğulma ilə müşayiət olunan oyunlardan” gedir. Bu oyun zamanı istifadəçilər beyinə gedən oksigenin yolunu bağlayır və özlərini qısamüddətli eyforiya halına gətirirlər. Belə hərəkətlər beyin zədələnməsi və hətta ölümlə nəticələnən hallara səbəb ola bilər.
KARUSEL / DÜNYA
Tarix: 29-08-2024, 15:27