mobil versiya

Azərbaycan və Serbiya XİN rəhbərləri geniş tərkibdə görüşü olub


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Serbiyanın xarici işlər naziri Marko Curiç Azərbaycan XİN-də geniş tərkibdə görüşüblər.
İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, turizm, ikitərəfli və çoxtərəfli strateji tərəfdaşlıq və digər sahələr müzakirə edilib.
Tərəflər ticarət, enerji, investisiyalar və s. sahələrdə əlaqələrin gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar, bu istiqamətdə Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini müzakirə ediblər.


KARUSEL / SİYASƏT
Tarix: 2-09-2024, 12:49