mobil versiya

Tozlu hava iki gün davam edəcək



Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada müşahidə olunan tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.


Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. Əlavə edib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən Azərbaycana daxil olub.

Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

Dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.


KARUSEL / ÖLKƏ
Tarix: 3-09-2024, 10:04