Tozlu hava şəraiti müşahidə olunur
Hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.
Bildirilib ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır.
“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.
KARUSEL / ÖLKƏ
Tarix: 21-08-2024, 09:15