Bakı və Abşeron yarımadasında tozlu hava davam edir
Bakı və Abşeron yarımadasında tozlu hava davam edir və tozun miqdarı normadan 2 dəfə çoxdur.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir: "İyunun 1-də cənub-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması nəticəsində tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir. Artıq bir neçə gündür ölkə ərazisində müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən Azərbaycana daxil olan toz dumanıdır".
KARUSEL / ÖLKƏ
Tarix: 31-05-2024, 09:14