Paytaxtda toz müşahidə olunur
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır.
"Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz-dumanıdır.
Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, - deyə baş mühəndis qeyd edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-03-2024, 09:30