Hüseyn Abdullayev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb
Sabiq deputat Hüseyn Abdullayev yenidən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Bu barədə onun vəkili Cavad Cavadov deyib.
Vəkil bildirib ki, 29 avqustda Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edərək Hüseyn Abdullayevin müayinə etmək üçün onu konvoy müşahidəsi altında Baku Citi Hospitalına yerəlşdirilməsini və onun yanına istintaq təcridxanasında mütəmadi olaraq müalicə həkimi kimi professor, Baku Citi Hospitalında işləyən Adil Qeybullanın buraxılmasını xahiş edib.
“Dünən Hüseyn Abdullayevlə görüşən zaman onun səhhətinin yaxşı olmadığı və ayaq üstə dayana bilmədiyini, ürəyində kəskin sancılar olduğunu bildirdi. Bu səbəbdən görüşdən vaxtından əvvəl getməyə məcbur oldu. Bu gün məlumat verdilər ki, onu Penitensiar xidmətin Müalicə Müəssisəsinə aparıblar. Ümid edirik ki, bizim xahişlərimiz nəzərə alınacaq və istədiyimiz klnikada müayinə olunmasına icazə veriləcək”.(Gununsesi.info)
KARUSEL / CƏMİYYƏT
Tarix: 3-09-2024, 15:02